Rusiyalı heyət Azərbaycana və Ermənistana səfər edəcək

Dünya
18:43 / 20.11.2020
3850
Rusiyanın qurumlararası nümayəndə heyəti yaxın günlərdə Yerevana və Bakıya səfər edəcək.
Sfera.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd edək ki, bundan əvvəl Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova rəsmi Moskvanın Dağlıq Qarabağla bağlı Bakı və Yerevanla təmaslarının bütün səviyyələrdə davam etdiyini bildirmişdi.