İrəvanda etirazçılar mərkəzi küçələri yenə bağladı

15:44 / 20.11.2020
2934
İrəvanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə aksiyalar davam edir.
Sfera.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, etirazçılar iki mərkəzi prospekti bağlayıb.
Yolların açılması üçün polislə etirazçılar arasında toqquşmalar yaşanıb. Onlarla aksiya iştirakçısı saxlanılıb.
Qeyd edək ki, Yerevanda etiraz aksiyaları noyabrın 10-dan etibarən davam edir.