Sülhməramlıları daşıyan daha 18 təyyarə Ermənistanda - VİDEO

Sülhməramlıları daşıyan daha 18 təyyarə Ermənistanda - VİDEO
Rusiya Aerokosmik Qüvvələrinin hərbi nəqliyyat aviasiyasının digər 18 ədəd "İl-76” təyyarəsi və iki ədəd "An-124 Ruslan” təyyarəsi İrəvan şəhərinin aerodromlarına eniş edib.

Sfera.az  xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin saytında məlumat verilib. Qeyd olunub ki, 15-ci sülhməramlı briqadanın avadanlıqları və şəxsi heyəti Qarabağ münaqişəsi zonasında sülhməramlı missiyada iştirak etmək üçün köçürülür.

Rus hərbçilər artıq material, silah və hərbi texnikanı aerodromlara boşaldıblar.

Rusiya müdafiə idarəsinin məlumatına görə, 24 saat ərzində Rusiya Aerokosmik Qüvvələrinin təyyarələri Ermənistana 33 ədəd texnika, təmir və bərpa maşınları, maddi-texniki dəstək avadanlığı çatdırıb. Bildirilib ki, 10 noyabrdan etibarən ümumilikdə 226 reys həyata keçirilib.
 
 


OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...