Bred Pitt aztəminatlı ailələrə yemək payladı - FOTOLAR

13:54 / 19.11.2020
2015
Hollivud aktyoru Bred Pitt aztəminatlı ailələrə yemək paylayıb.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, Los-Ancelesdə görüntülənən aktyor koronavirus pandemiyasından əziyyət çəkən kasıb ailələrə böyük maşınlarla yemək paylayıb.
Bred mətbuatın mövcudluğundan xəbərsiz olduğundan, boşaltma və çatdırılma işlərində şəxsən özü iştirak edib.
4 saat davam edən yardım aksiyası zamanı sakinlər üçün musiqi də təşkil edilib.
Jalə Mehdi
Sfera.az