Ekspertlər: Trampın yenidən prezident olmaq şansı var

Ekspertlər: Trampın yenidən prezident olmaq şansı var
"Trampın ABŞ Ali Məhkəməsinə müraciət edə bilməsi üçün daha aşağı instansiyalı məhkəmənin  qərarına ehtiyacı vardı. Orada onun qələbə qazanmaq şansı var, çünki 9 hakimdən 6-sı respublikaçılar tərəfindən irəli sürülüb”. 
 
Bu fikri "Vzqlyad” qəzetinə müsahibəsində, Pensilvaniya Ali Məhkəməsinin Donald Tramp qərargahının seçkilərə dair  iddiasını rədd etməsini  şərh edərkən hüquq üzrə professor Aleksandr Domrin səsləndirib. 

"Bir tərəfdən Tramp ştat səviyyəsində hədəfinə çata bilmədi və bu onu məyus etdi - Pensilvaniya ona 20 seçici səsi verə bilərdi. Digər tərəfdən, bu, ona birbaşa Ali Məhkəməyə müraciət etmək üçün imkan yaradır, çünki aşağı instansiyalarda artıq bütün prosedurlar bitib. Trampın buna tam hüququ var”, - deyə Rusiyanın Ali İqtisadiyyat Məktəbinin hüquq fakültəsinin professoru Aleksandr Domrin bildirib. 

Domrinin fikrincə, Ali Məhkəmədə, Trampın keçmiş seçkilərin nəticələrinə yenidən baxılmasına nail olmaq şansı var.

"Orada 9 hakimdən 3-nün namizədliyi  Trampın özü, daha 3-nün namizədliyi  isə respublikaçı kiçik Corc Buş tərəfindən irəli sürülüb. Təbii ki, bu heç də o demək deyil ki, onlar hökmən Trampın xeyrinə səs verəcəklər, amma hər halda müəyyən uğura ümid etmək olar”, - deyə ekspert mülahizə yürüdüb. 
Amerika siyasəti üzrə ekspert Malek Dudakov da hesab edir ki,  Tramp Pensilvaniya məhkəməsinin məhz belə bir qərar verəcəyini gözləyirdi:

"Trampın ya Apellyasiya Məhkəməsinə, yaxud dərhal Ali Məhkəməyə apellyasiya şikayəti verməsi üçün aşağı instansiyanın hər hansı qərarına ehtiyac vardı. İndi ədaləti bərpa etmək üçün əlində olan son fürsətdən istifadə etməlidir. Amma hələlik  hakimlərin hansı qərar verəcəyini təxmin etmək çətindir ”, - deyə politoloq fikrini yekunklaşdırıb. 

Bundan əvvəl, Pensilvaniya Ali Məhkəməsi, ABŞ prezidenti Donald Trampın qərargahının  Filadelfiyada səslərin hesablanmasına nəzarət etmək imkanının məhdudlaşdırılmasına dair iddiasını rədd etmişdi. 

RİA "Novosti”nin yazdığına görə, məhkəmə seçki komissiyasının işini məqbul hesab edib. Çünki komissiya üzvləri seçki nimzamnaməsinə uyğun olaraq, namizədlərin təmsilçilərinə komissiyanın işinə nəzarət etmək imkanı vermişdilər.

Xatırladaq ki, "Reuters” və "Ipsos” tərəfindən keçirilən sorğuda iştirak edən amerikalıların demək olar ki, 80% -i demokrat Co Baydeni ABŞ prezident seçkilərinin qalibi hesab edir.

"Politico və Morning Consult” tərəfindən keçirilən sorğunun nəticələrinə əsasən isə, sorğuda iştirak edənlərin əksəriyyəti hesab edir ki,  hazırkı Amerika lideri Donald Tramp seçkilərdə məğlub olduğunu etiraf etməlidir. 

Xatırladaq ki, ABŞ-da seçkilər  noyabrın 3-ü baş tutdu. ABŞ-dakı əsas media qurumları Baydenin qələbəsini artıq elan edib, Bayden isə özünü ölkənin "seçilmiş rəhbəri” bəyan edib. 

Mənbə: "Vzqlyad” qəzeti
Tərcümə: Selcan
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...

İzləyicini ekranda saxlamaq üçün...- Ülviradan "Toy olsun"la bağlı ETİRAF

Teleaparıcı Ülvira Qarayeva "Qapqara" verilişinin olub.   Sfera.az xəbər verir ki, verilişdə o, bir zamanlar aparıcısı olduğu "Toy ols...