Füzuli sakinləri ermənilərin viran qoyduğu evlərində... - FOTOLAR

Füzuli sakinləri ermənilərin viran qoyduğu evlərində... - FOTOLAR
Türkiyə mediası Azərbaycanın Füzuli şəhərindən reportaj hazırlayıb.
 
Sfera.az xəbər verir ki, Anadolu Agentliyinin (AA) üzvləri 17 oktyabrda işğaldan azad edilən şəhərin fotolarını yayaraq bölgə barədə məqalə dərc ediblər.
Qeyd olunub ki, şəhərdə demək olar ki, salamat bina yoxdur. Bir zamanlar 100 min azərbaycanlının yaşadığı şəhər dağılmış yollardan və sadəcə daşları qalan binalardan ibarətdir.

Ermənilər işğaldan sonra evlərin əşyalarını sökərək mənimsəyiblər, yaşamaq üçün olan şərait tamamilə məhv edilib.

Vurğulanıb ki, Azərbaycan hökuməti işğaldan azad edilən bütün bölgələrdə Ermənistanın vurduğu zərəri hesablayır və yenidənqurma çərçivəsində tədbirlər görülür. Həmçinin ərazi mina və partlamamış mərmilərdən təmizlənir.
"Anadolu” qeyd edib ki, Füzuliyə gedən yollar Azərbaycan Ordusunun zərərsizləşdirdiyi düşmənə aid tank, zirehli avtomobillərlə doludur: "Demək olar ki, hər addımbaşı vurulan tankla, ermənilərin qoyub qaçdığı sursatlarla rastlaşmaq mümkündür”. 

Bildirilib ki, əraziyə bir neçə Füzuli sakinləri də gətiriliblər. Onlar 27 illik həsrətdən sonra şəhərlərini ziyarət ediblər və evlərinin vəziyyətini görən zaman kədərləniblər. 

Torpağı ilə qovuşan Şadiyə Qəhrəmanova evindən geriyə sadəcə daşlar qaldığını, buna rəğmən xoşbəxt olduğunu deyib.
Vaqif Vəliyev isə ata yurduna qayıdacaqları üçün sevincli olduğunu ifadə edib.

"Evimi tanıya bilmədim. İkimərtəbəli idi, indi bu hala düşüb. Çox pis oldum, qəlbim yandı. Burada sağlam ev qalmayıb. Biz illərdir bu günü gözləyirdik. İnşallah qısa zamanda Füzuliyə köçəcəyik”, - deyə vaxtilə şəhər sakini olmuş Arzu Şəfiyə bildirib. /Qafqazinfo


 

OXŞAR XƏBƏRLƏR

Ginekoloq Aygün Məmmədovadan Avstriyada uğurlu çıxış- FOTOLAR

Ginekoloq Aygün Məmmədova 29 iyun - 5 iyul tarixlərində Avstriyanın Zalsburq şəhərində keçirilən “Weill Cornell Seminar in Obstetrics and Gynecology&rdquo...

İranla sərhəddə narkotik qaçaqmalçılığına zərbə – 42 kq narkotik vasitə tutuldu

Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidmət birgə əməliyyat-axtarış tədbirləri keçirib.   Sfera.az xəbər verir ki, külli miqdarda narkotik ...

Mədəniyyət Nazirliyi Rusiya ilə bağlı o sənədi təkzib etdi - FOTO

Azərbaycan Rusiya ilə mədəniyyət sahəsində ikitərəfli əməkdaşlığın təbliği ilə bağlı təşəbbüs irəli sürməyib.   Sfera.az xəbər verir ki, bu barədə Mə...

“20 yanvar” metrostansiyası yaxınlığında yanğın- VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, “20 yanvar” metrostansiyasının yaxınlığında açıq...

Rusiyalı nazir Bakıya gəldi

Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMÜT) iclasında iştirak etmək üçün Bakıya gəlib.   Sfera....

Qaxa istirahətə gedən keçmiş hərbçi evdə ölü tapıldı

Qaxa istirahətə gedən Bakı sakini evdə ölü tapılıb.   Sfera.az APA-ya istinadla xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Qaşqaç...