Yeni prezidentdən Ukrayna ilə bağlı qərar

Yeni prezidentdən Ukrayna ilə bağlı qərar
Moldovanın yeni prezidenti Maya Sandi səlahiyyətlərinin icrasına başlayan kimi Ukrayna ilə əlaqələri bərpa etmək niyyətindədir.

Sfera.az xəbər verir ki, bu barədə Moldovanın "Fəaliyyət və Həmrəylik” partiyasının məlumatında deyilir.

Belə ki, Kişinyovda Ukrayna səfiri ilə görüşən Sandi iki ölkə arasında strateji partnyorluq əlaqələrini yoluna qoymağın vacibliyini diqqətə çatdırıb:

"Bizim xeyli ümumi problemlərimiz, eyni zamanda imkanlarımız var. Biz birlikdə hədəfə çata bilərik. Moldovanı izolyasiyadan çıxarmalı və əlaqələri bərpa etməliyik”.

OXŞAR XƏBƏRLƏR