Putin narahatdır: Bu problemlər dərhal həll edilməlidir

Dünya
23:25 / 18.11.2020
5430
Ölkənin bəzi bölgələrində koronavirusla bağlı vəziyyət çətindir.
Sfera.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin hökumət nümayəndələri ilə görüşündə bildirib.
"Ölkədə koronavirusa yoluxma artmaqdadır. Virusdan ölənlərin sayının da artması narahatlıq yaradır", - Putin deyib.
Bəzi apteklərdə dərman çatışmazlığı, həkimlərin COVİD-19 xəstələrinə gec müdaxilə etməsi və ağır xəstələrin xəstəxanalarda müalicə olunmaması kimi problemlərin olduğuna diqqət çəkən Putin bu problemlərin dərhal həll edilməli olduğunu qeyd edib.///Axar.az