Təhsil nazirindən məktəblərin bərpası ilə bağlı AÇIQLAMA
Təhsil
11:37 / 18.11.2020
3867
"İşğaldan azad olunan ərazilərimizə qayıdış komplekt bərpa tələb edir. Çünki işğal altında olan ərazilərimizdə infrastruktur tamamilə yerlə-yeksan edilib. Həmin ərazilərdəki məktəblərin bərpası planlı şəkildə olacaq".
Sfera.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev "ATV Aktual" proqramında bildirib.
Onun sözlərinə görə, yaxın gələcəkdə cəbhə bölgəsində yerləşən məktəblərdə tədrisin bərpa edilməsi üzrə işlər aparılır:
"Növbəti illərdə məktəblərə aid xüxusi proqramların həyata kerçirilməsi reallaşdırılacaq".