"Ətirini, konyakını qaytaracağam, Paşinyan, təki istefa ver!"

Müxalif "Çiçəklənən Ermənistan” və "İşıqlı Ermənistan” partiyaları Milli Məclisin iclasını boykot ediblər. 

Sfera.az xəbər verir ki, müxaliftəçi deputatlar iclasda yalnız Ermənistan Baş nazirinin istefasının müzakirə oluna biləcəyini deyiblər.

"Parlamentdə Qarabağla bağlı Ermənistan üçün fəlakət sayılacaq bir bəyanatı imzalayan Nikol Paşinyanın istefasından başqa hər hansı məsələ müzakirə mövzusu olmamalıdır”, - deyə "Çiçəklənən Ermənistan” partiyasının deputatı Naira Zöhrabyan vurğulayıb.

O daha sonra əlavə edib ki, Nikol Paşinyan Qarabağ barədə açıqlama verərkən gözlərində acı olduğunu yalnız bir dəfə - konyakı və odekolonunun itməsinə təəssüf edərkən görüb. "Nikol Paşinyan, odekolonunuzu, konyakınızı qaytaracağam, təki istefa verin”, - deyə Zöhrabyan Baş nazirdən istefa verməyi tələb edib.

Lakin müxalifətçi deputatların tələbləri nəzərə alınmayıb. Onlar gündəliyi qəbul etməyərək iclas salonundan çıxıblar.


OXŞAR XƏBƏRLƏR

Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılır

Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 6 ay artırılır.   Sfera.az xəbər verir ki, 1 iyul 2025-ci il tarixindən qadınlar üzrə pensiya yaşı ...

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...