Ancelina Coliyə daha bir zərbə - Tələbi rədd edildi

Maqazin
14:30 / 17.11.2020
4821
Hollivud ulduzu Ancelina Colinin tələbi rədd edilib.
Sfera.az xəbər verir ki, ötən il boşanan məşhur cütlük Ancelina Coli və Bred Pittin övladlarının qəyyumluq prosesi hələ də davam edir.
Belə ki, aktrisa bu işdə müvəqqəti iştirak edən hakim Ouderkirkin vəzifəsindən kənarlaşdırılmasını tələb edib.
Coli iddia edir ki, hakim Pittin vəkilləri ilə işbirliyi həyata keçirir. Lakin Kaliforniya Ali Məhkəməsi aktrisanın bu tələbini rədd edib.
Qeyd edək ki, 2019 cu-ildə boşanan cütlüyün 6 övladı var.
Jalə Mehdi
Sfera.az