Sinan Akçıl “Möcüzə uşaq”la görüşdü - FOTOLAR

Sinan Akçıl “Möcüzə uşaq”la görüşdü - FOTOLAR
Türkiyəli müğənni Sinan Akçıl "Möcüzə” ləqəbli uşaqla görüşüb.

 

Sfera.az xəbər verir ki, müğənni ölkənin daxili işlər naziri Süleyman Soylu ilə birlikdə İzmirdəki zəlzələdən günlər sonra dağıntıların altından çıxarılan 3 yaşlı Ayda Gezginin ailəsinə baş çəkib.

 

 

Onlar Aydaya çoxlu oyuncaq və paltar hədiyyə ediblər.

 

Sinan Akçıl "Instagram”da görüşlə bağlı foto paylaşaraq "Ayda ilə bir yuxu reallaşdı”, şərhini yazıb. İfaçı Süleyman Soyluya xüsusi təşəkkür edib.

 

 

Xatırladaq ki, oktyabrın 30-u İzmirdə 6,8 bal gücündə güclü zəlzələ baş verib. Ayda Gezgin də zəlzələdən günlər sonra 91 saat sonra dağıntıların altından sağ çıxarılıb.

 

Jalə Mehdi

Sfera.az

 

 

 

 


OXŞAR XƏBƏRLƏR