XİN Paşinyanı təkzib etdi - Zöhrab Mnatsakanyan istefa verdi + YENİLƏNİB

16:12 / 16.11.2020
8162
Ermənistan hökumətinin daxilində fikir ayrılıqları güclənməyə başlayıb.
Sfera.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, Xarici İşlər Nazirliyi baş nazir Nikol Paşinyanın Şuşa ilə bağlı fikirlərini təkzib edib.
Qeyd edək ki, N.Paşinyan Ermənistanın qarşısında Şuşa şəhərinin və Dağlıq Qarabağ ətrafında yedd rayonun Azərbaycana verilməsi, əks təqdirdə müharibənin başlayacağı barədə seçimin olduğunu demişdi.
Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan isə bildirib ki, heç bir variantda Ermənistanın Şuşanı verməsi təklifi mövcud olmayıb.
Eyni zamanda, erməni mətbuatında xarici işlər naziri Zöhrab Mnatsakanyanın istefa verməsi məlumatı verilib. Ermənistan baş naziri Nikol Paşinyan Zöhrab Mnatsakanyanın istefasını qəbul edib
16:00
Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan vəzifəsindən istefa verib.
Sfera.az xəbər verir ki, bu barədə məlumatı "Sputnik Armeniya” yayıb.