Məşhur rus model morqa girib koronavirusdan ölənlərlə bağlı sirrləri açdı – FOTOLAR

15:58 / 16.11.2020
5917
Məşhur rusiyalı model Olqa Kaqarlitskayanın sosial
şəbəkədəki paylaşımı qalmaqal yaradıb.
Sfera.az xəbər verir ki, 37 yaşlı model Samara şəhərində koronavirusdan vəfat etmiş həkim atasının cəsədini almaq üçün girdiyi morqdan dəhşətli görüntülər paylaşıb.
Model səhiyyə işçilərinin koronavirusla əlaqəli ölümhallarının gizlədildiyini iddia edib.
"Getdiyim morqda 50-yə yaxın cəsəd torbasıı var idi. Halbuki bizə 7 nəfərin öldüyünü bildirdilər. Əminliklə deyə bilərəm ki, səhiyyə işçiləri ölülərin sayını gizlədir”, - deyə Olqa vurğulayıb.
Qeyd edək ki, Rusiyada indiyədək koronavirusdan ölənlərin sayı 33 min 489 nəfərə çatıb.
Jalə Mehdi
Sfera.az