Cəbrayılda komendant rejimini pozanlar saxlanıldı

Cəbrayılda komendant rejimini pozanlar saxlanıldı
Cəbrayıl şəhəri ərazisində olan komendant postunda "saxla” əmrinə tabe olmamış avtomobil digər postda polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN-dən Sfera.az-a verilən məlumata görə, noyabrın 14-də saat 13 radələrində Cəbrayıl şəhəri ərazisində hərbi vəziyyətlə əlaqədar yaradılmış komendant postunda xidmət aparan polis əməkdaşları posta yaxınlaşan "Toyota” markalı avtomobilə "saxla” işarəsi verib, lakin buna baxmayaraq sürücü hərəkətini davam etdirib. Həmin avtomobil digər postda polis əməkdaşları tərəfindən saxlanılıb.

Sürücü, Füzuli rayon sakini R.Bayramlı və 5 sərnişini saxlanılaraq RPŞ-yə gətiriliblər. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1 (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) və 517-2.6-cı (Hərbi vəziyyətin elan olunduğu ərazidə (ərazilərdə) tətbiq edilmiş xüsusi giriş-çıxış rejiminin, habelə yaşayış və ya olduğu yeri seçmək hüququna qoyulmuş məhdudiyyətin pozulmasına görə) maddələri ilə protokollar tərtib olunub. Rayon məhkəməsi tərəfindən onlar hər biri 200 manat məbləğində cərimə olunublar.

OXŞAR XƏBƏRLƏR

İranda DƏHŞƏTLİ QƏZA - 22 nəfər öldü, 36 nəfər yaralandı

İranın Fars əyalətində sərnişin avtobusunun aşması nəticəsində 22 nəfər həlak olub.   Sfera az xəbər verir ki, bu barədə əyalətin təcili yardım xidmə...

Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşüb.   Sfera.az-ın məlumatına görə, tədbirlə bağl...

Obameyanqın yeni klubu açıqlandı

Səudiyyə Ərəbistanının “Əl-Kadsiya” klubundan ayrılan Pyerr-Emerik Obameyanq Fransaya qayıdacaq.   Sfera.az xəbər verir ki, bu barədə ins...

Prezident öz siyasətinin təməl prinsiplərini açıqladı

Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunda çıxışı zamanı öz siyasətinin təməl prinsiplərini sadalayıb - xalqına həmişə həqiqəti söyləmək, obye...

“Bulvarda kino axşamı" adlı yeni layihə başladı

Mədəniyyət Nazirliyinin dəstəyi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə iyulun 19...

Kruiz gəmisində qalmaqal: 140 sərnişin müəmmalı xəstəlitə yoluxdu

ABŞ-ın Los-Anceles şəhərindən Meksikanın Puerto Vallarta şəhərinə bir həftəlik səyahət zamanı 3914 sərnişindən 134-ü, eləcə də yeddi ekipaj üzvü qəfildən xəstəl...