Paşinyan milli matəm elan etməyə hazırlaşır

Dünya
12:30 / 16.11.2020
4782
Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağdakı hərbi əməliyyatlar zamanı yüzlərlə erməni hərbçinin itkin düşdüyünü açıqlayıb.
Sfera.az bu haqda RİA Novosti-yə istinadla xəbər verir.
"Müharibənin başlanğıcından bəri bir neçə yüz itkin əsgərimiz var", - Paşinyan deyib.
O, əlavə edib ki, hakimiyyət onların taleyi haqda məlumat əldə etdikdən sonra respublikada milli matəm elan olunacaq.