İspandilli mətbuatda Azərbaycanın səsinə çevrilmiş həmyerlimiz - VİDEO

İspandilli mətbuatda Azərbaycanın səsinə çevrilmiş həmyerlimiz - VİDEO

Xaricdə təhsil alan azərbaycanlı gənclərdə Vətənə sevgi hissi xüsusilə hiss olunur. Bu onların xaricdə olmalarına rəğmən Azərbaycana göstərdiyi diqqət və sevgidə özünü açıq biruzə verir. Belə gənclərdən biri də müxtəlif illərdə fərqli ölkələrdə Azərbaycanı öz bilik və bacarığı ilə təmsil edən Mahir Qurbanovdur.

 

Sfera.az xatırladır ki, Mahir Qurbanov Göyçay rayonunda doğulub. Daha sonra isə Ukraynanın Xarkov şəhərində yaşayıb.


2008-2012-ci illərdə Azərbaycan Dillər Universitetinin İspan dili üzrə tərcüməçilik fakültəsində təhsil alıb. Tələbəlik illərində ADU-nun Amerika mərkəzində danışıq klubunun rəhbəri olub. 2013-2014-cü illərdə Barselona Dövlət Universitetinin Siyasi təhsil ixtisası üzrə magistr pilləsində təhsil alıb. Bir sıra dövlət tədbirlərində, rəsmi qonaqların qəbulunda ispan dili üzrə tərcüməçilik edib.

 

Artıq ispandilli ölkələrdə Azərbaycanımızın səsinə çevrilən gəncimiz müxtəlif ispan və latın Amerikası KİV-lərində çıxışlar edir.

 

Mahir Qurbanov deyir ki, xaricdə təhsil alan gənclərimiz xaricdə azərbaycanlı olduqlarını unutmamaqla yanaşı, mühüm işlər də görürlər: "İspaniyada azərbaycanlılar hər zaman həmrəydirlər, bir-birlərinə köməklik göstərirlər. Bayramlarımızda İspaniyada yaşayan katalonları öz evlərinə dəvət edirlər. İspanlar artıq bilirlər ki, Azərbaycanda hansı adət-ənənələr, bayramları var”.


Xatırladaq ki, Mahir Qurbanov hazırda politoloq kimi fəaliyyət göstərir, eyni zamanda ispan və ingilis dilləri üzrə tərcüməçidir.

 

Sonda Mahir Qurbanovun müxtəlif zamanlarda İspaniya mətbuatında Azərbaycanın təbliğatı ilə bağlı müsahibə və çıxışlarından ibarət olan bir neçə videonu təqdim edirik.

 

Sfera.az

İnci

 




OXŞAR XƏBƏRLƏR

Növbəti ECO sammiti bu ölkədə keçiriləcək

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) növbəti sammitinə İran ev sahibliyi edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Təşkilatın saytında məlumat d...

Nişanlısı 32 ildir şəhid Mehmanı gözləyirmiş...

“Mehmanın ata-anası onun itkin düşməsi xəbərini alandan sonra dözə bilmədilər, ikisi də rəhmətə getdi. Ancaq mən bu günə qədər Mehmanın sağ-salamat dönəcə...

Bakının iki küçəsində avtomobillə hərəkət məhdudlaşdırılacaq

İyulun 6-da saat 06:00-dan saat 24:00-dək Bakı şəhəri, Ziya Bünyadov prospektində təmir işləri aparılacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Avtomobi...

Xankəndidə yaşanan tarixi gün CNN TÜRKDƏ Tural Müseyibovla

“CNN Türk” kanalında Xankəndidə keçirilən İƏT-in 17-ci zirvə toplantısı müzakirə edilib.    Sfera.az xəbər verir ki, Türkiyənin &ldq...

Türkiyədə bələdiyyə sədri və bir neçə nəfər korrupsiya əməliyyatı ilə saxlanılıb

Türkiyənin Antalya şəhərinin Manavqat rayonunda bələdiyyə idarəsində korrupsiya ilə bağlı əməliyyat keçirilib.     Sfera.az xəbər verir ki, b...

Xankəndidə Ərdoğanla Şahbaz Şərif arasındaGÖRÜŞ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Pakistan Baş naziri Şahbaz Şərif Xankəndidə görüşüb.   Sfera.az xəbər verir ki, görüş İqtisadi Əməkdaş...