Azad olunan torpaqlarımızda təhsil sahəsi üzrə İşçi Qrupu yaradılacaq

Azad olunan torpaqlarımızda təhsil sahəsi üzrə İşçi Qrupu yaradılacaq
Təhsil naziri Emin Əmrullayev Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə videokonfrans formatında görüşüb.

Təhsil Nazirliyindən Sfera.az-a bildirilib ki, işğaldan azad olunan torpaqlarımızda təhsil sahəsi üzrə görüləcək işləri xüsusi vurğulayan Təhsil naziri bildirib ki, artıq bununla bağlı tədbirlər planı hazırlanır və yeni yaradılacaq İşçi Qrupu bu istiqamətdə təxirəsalınmaz tədbirlər həyata keçirəcək.

Görüşdə vurğulanıb ki, bu tarixi zəfərimiz həm də Azərbaycan müəlliminin, Azərbaycan təhsilinin vətəndaş yetişdirmə məfkurəsinin qələbəsi sayılır.

İctimai Şuranın sədri Şahlar Əsgərov da öz növbəsində qələbə münasibətilə hər kəsi təbrik edib, gənclərimizdə milli-mənəvi dəyərlər və Vətənə sadiqlik tərbiyəsinin aşılanmasında məktəblərin rolunu xüsusi qeyd edib.

Videokonfransda İctimai Şura üzvləri müharibədən sonrakı dövr ərzində görüləcək işlərlə bağlı rəy və təkliflər səsləndiriblər.

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...

İzləyicini ekranda saxlamaq üçün...- Ülviradan "Toy olsun"la bağlı ETİRAF

Teleaparıcı Ülvira Qarayeva "Qapqara" verilişinin olub.   Sfera.az xəbər verir ki, verilişdə o, bir zamanlar aparıcısı olduğu "Toy ols...