Tərtərdə 3 avtomob toqquşdu, ÖLƏN VAR

Kriminal
13:45 / 14.11.2020
5894
Tərtərdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, rayonun Dördyol-1 qəsəbəsi ərazisində Ağdam rayon sakinləri X. İsrafilzadənin idarə etdiyi "Mercedes” markalı mikroavtobusla E. Qarayevin idarə etdiyi "Mercedes” və Bərdə rayon sakini Tahir Cəfərovun idarə etdiyi "VAZ-21099” markalı avtomobillər toqquşub. Qəza nəticəsində, T. Cəfərov aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb, X. İsrafilzadə isə xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.