Türkiyə Müdafiə Nazirliyi Qarabağla bağlı BƏYANAT YAYDI

Türkiyə Müdafiə Nazirliyi Qarabağla bağlı BƏYANAT YAYDI
 

"Öz torpaqlarını 30 ildən sonra işğaldan azad edən azərbaycanlı qardaşlarımızın zəfərini qeyd edir, sevincini bölüşürük. Noyabrın 10-u gecə yarısından etibarən başlayan atəşkəs razılaşması ilə Ermənistanın işğalına son qoyulub, Azərbaycanın öz ərazisi olan Qarabağ azadlığa qovuşub”.

Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin bəyanatında bildirilib.

"Noyabrın 11-də bölgədəki atəşkəsə nəzarət və təftiş üçün yaradılmasına qərar verilən Türkiyə-Rusiya Monitorinq Mərkəzi ilə bağlı memorandum imzalanıb. Türkiyə-Rusiya Monitorinq Mərkəzi ilə bağlı imzalanan memorandumun tətbiq olunmasına dair metod və əsasların Rusiya Federasiyası ilə müzakriə olunması davam edir.

Heyətlər arasındakı ilk iclas noyabrın 13-də Milli Müdafiə Nazirliyində gerçəkləşib. Bu gün də toplantılar davam ediləcək.

İmzalanan atəşkəs bəyanatındakı şərtlərin yerinə yetirilməsi, işğal altındakı bütün torpaqların Azərbaycana qaytarılması, bölgədə sülh və əmin-amanlıq mühitinin yenidən təmin edilməsi prosesini yaxından izləyəcəyimizi, güzəştə getməyə imkan verməyəcəyimizə, ehtiyac olduğu halda tərəddüd etmədən Azərbaycana hər cür dəstəyi verəcəyimizi bir daha vurğulamaq istəyirik. Azərbaycanın davası bizim davamız, sevinci sevincimiz, kədəri kədərimizdir”, - nazirliyin bəyanatında qeyd olunub.


OXŞAR XƏBƏRLƏR

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Xarici İşlər Nazirliyi 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib.   Sfera.azxəbər verir ki, Türkiyə XİN-in “X&rdquo...

Sürücülərin DİQQƏTİNƏ: Bu yollarda hərəkət istiqaməti dəyişdiriləcək

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi COP29 tədbirinə hazırlıq məqsədi ilə bağlanacaq yollarla bağlı sürücülərə müraciət edib.   Bu barədə Sfera.az-a ...

Hacıqabulda 3 otaqlı ev YANDI

Hacıqabulda 3 otaqlı ev yanıb.   Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.   Bildirilib ki, rayonunun Qubalı Ba...

Məhkəmədən Ruben Vardanyan barədə YENİ QƏRAR

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində Ruben Vardanyan barədə davam edən cinayət işi üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qərar ...

Gəncədə yaşayış binasında partlayış: 2 ölü, 4 yaralı - VİDEO

Xəbər verildiyi kimi, Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışla əlaqədar FHN-in Gəncə Regional Mərkəzi...

Süni intellektin böyük əksəriyyəti Aİ qanunvericilik səddini keçməyəcək

Bir çox aparıcı süni intellekt modelləri kibertəhlükəsizlik və ayrı-seçkiliyə yol verilməyən məlumatların çıxarılması ilə bağlı gələcək Avropa qanunvericiliyini...