Putin Lavrova Qarabağla bağlı tapşırıq verdi

Putin Lavrova Qarabağla bağlı tapşırıq verdi
Prezident Vladimir Putin Rusiya Xarici İşlər Nazirliyinə (XİN) Dağlıq Qarabağdakı vəziyyətlə bağlı BMT strukturları, Beynəlxalq Qırmızı Xaç Komitəsi, ATƏT və UNESCO-nu məlumatlandırmağa davam etməyi tapşırıb.

Sfera.az xəbər verir ki, Rusiya Prezidenti həmçinin XİN rəhbəri Sergey Lavrova Rusiyanın ATƏT-in Minsk Qrupundakı tərəfdaşlarına və beynəlxalq təşkilatlara Dağlıq Qarabağdakı vəziyyətlə bağlı məlumat verməyi tapşırıb.

Öz növbəsində Rusiyanın xarici İşlər naziri Sergey Lavrov çıxış edərək bildirib ki, Moskva Dağlıq Qarabağla bağlı əldə edilmiş razılaşmalarla bağlı ABŞ və Fransanı məlumatlandırıb:

"Biz həmkarlarımızı, ilk növbədə bizimlə birlikdə ATƏT-in Minsk Qrupunun həmsədri olan ABŞ və Fransanı ətraflı məlumatlandırdıq. Mən Fransanın Xarici İşlər naziri ilə danışdım, vəziyyəti və göstərdiyimiz səyləri ətraflı açıqladım. Biz həmçinin amerikalı həmkarlarımızla da danışmışıq. Nyu-Yorkda BMT Təhlükəsizlik Şurası Rusiya tərəfindən göstərilən və noyabrın 9-da razılaşmanın imzalanmasına imkan verən bütün səylər barədə tamamilə məlumatlandırılıb”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin Dağlıq Qarabağda humanitar problemlərin həlli üzrə keçirdiyi iclasda Müdafiə Naziri Sergey Şoyqu, XİN rəhbəri Sergey Lavrov, FTX rəhbəri Aleksandr Bortnikov, FHN rəhbəri Yevgeni Ziniçev iştirak ediblər.///Modern.az

OXŞAR XƏBƏRLƏR

Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılır

Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 6 ay artırılır.   Sfera.az xəbər verir ki, 1 iyul 2025-ci il tarixindən qadınlar üzrə pensiya yaşı ...

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...