Bakı Biznes Universiteti döyüşçü tələbə ilə bağlı iddialara AYDINLIQ GƏTİRDİ

Bakı Biznes Universiteti döyüşçü tələbə ilə bağlı iddialara AYDINLIQ GƏTİRDİ

Bakı Biznes Universiteti Ağdərə uğrunda döyüşən əsgərin kəsirlərinin silinməməsi məsələsinə münasibət bildirib.


Sfera.az xəbər verir ki, universitetin bununla bağlı yaydığı məlumatda əsgərlikdə olan tələbəyə güzəşt ediləcəyi qeyd edilib:


"Bakı Biznes Universiteti bütün tərkibi ilə daim Ali Baş Komandanın yanında olmağı özünə müqəddəs borc bilib. Müharibənin ilk günlərindən universitet cəbhədə iştirak edən tələbə, məzun və əməkdaşlarına təhsil haqqına güzəşt, yaralananlara, müharibə iştirakçılarına, şəhid ailələrinə maddi-mənəvi dəstək olmağı qərara almış və bu istiqamətdə müvafiq işlər görülmüşdür”.

 

Məlumatda bildirilir ki, Əsgərov Fərid Zaur oğluna 2020-ci ilin yanvarında ərizəsinə əsasən könüllü hərbi xidmətə getdiyi üçün təhsildən möhlət hüququ verilmişdir. Hərbi xidməti bitirdikdən sonra isə qeyd edilən bütün güzəştlər ona da şamil ediləcəkdir:


"Bir daha qeyd edirik ki, bu gün birliyimizə xələl gətirən, cəmiyyətdə çaxnaşma yaradan, həqiqəti əks etdirməyən məlumatları yaymağa ehtiyac yoxdur. Bundan yalnız düşmənlərimiz faydalana bilər”.


Xatırladaq ki, Ağdərə uğrunda döyüşlərdə şücaət göstərmiş əsgərimiz Fərid Əsgərovun kəsirlərinin silinməsi üçün rektora ünvalanan müraciətin rədd edilməsi ilə bağlı məlumat yayılmışdı. Bundan sonra universitet öz "Facebook” səhifəsində məsələyə aydınlıq gətirib.

 

Orxan

Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR

Nazir AZAL-ın təyyarəsinin vurulmasından danışdı

AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Rusiyanın istintaqının başa çatmasını gözləyirik.   Sfera.az xəbər verir ki, bunu bu gün Azərbaycanın xarici...

"Avropanın səhvləri münaqişəni uzadır" - Macarıstan XİN

"Avropa liderləri münaqişənin həlli ilə bağlı səhv strategiyaya görə məsuliyyət daşıyacaqlarından narahat olduqları üçün Ukraynada sülhün bağlanması anını ...

“WhatsApp”da bu mesaja cavab verməyin - Yeni dələduzluq üsulu yayılıb

“WhatsApp”, istifadəçiləri yeni bir dələduzluq üsulu barədə xəbərdar edib. Xəbərdaqlıqda qeyd edilir ki, tanıdığınız bir şəxsdən gələn “Salam,...

Tanınmış analitik canlı yayımda huşunu itirdi - VİDEO

ABŞ-nin tanınmış siyasi analitiki və Donald Tramp administrasiyası rəsmisi Kamrin Kinsi, “Fox News @ Night” proqramında canlı yayım zamanı qəfildən ...

Prezident Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib - FOTO -YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib.   Sfera.az xəbər ...

Bakıda 4 otaqlı ev tamamilə yandı

Bakıda 4 otaqlı ev tamamilə yanıb.   Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.   Qeyd olunub ki, paytaxtın...