Dünya mediası yazır: Paşinyana qarşı etirazların 3-cü günü - Vətəndaş müharibəsi qapıdadır

Dünya mediası yazır: Paşinyana qarşı etirazların 3-cü günü - Vətəndaş müharibəsi qapıdadır
Bir neçə gündür Ermənistanda Baş nazir Nikol Paşinyanın əleyhinə keçirilən kütləvi aksiyalar davam edir.
 
Sfera.az xəbər verir ki, 17 müxalifət partiyasının təşkil etdiyi nümayişə 10 mindən çox insan qatılıb, Azadlıq Meydanında Paşinyana qarşı istefa şüarları səsləndirilib.

Üç gündür davam edən etirazlar dünya mətbuatında da geniş əks olunub. BBC müxbiri Jonah Fisher qeyd edib ki, Dağlıq Qarabağda məğlubiyyəti qəbul etməyən ermənilər aksiyada göz yaşıdı axıdır, polislə tez-tez toqquşurlar. Agentlik vurğulayır ki, etirazçılar 44 günlük müharibənin sonunda imzalanan bəyanatın ləğv olunmasını tələb edirlər.

"Reuters” isə polislərin müxalifətlə üz-üzə gəldiyini, xeyli sayda həbslərin olduğunu qeyd edib.

Bildirilib ki, Ermənistanın müxalifət liderlərindən olan Qaqik Tsarukyan olmaqla 100-dən çox insan saxlanılıb. Onlardan bir neçəsi sərbəst buraxılsa da, hələ də həbsdə saxlanıların olduğu vurğulanıb.

Onlar dövlət sirlərini ifşa etmək, müharibə dövründə asayişi pozmaqda ittiham edilir.

BBC vurğulayır ki, aksiya iştirakçıları Təhlükəsizlik Dairəsinə gedərkən onları polis ordusu və xeyli sayda avtobusla dolu təhlükəsizlik qüvvələri qarşılayıb.

CNN isə qeyd edir ki, Paşinyana qarşı etirazlar kütləviləşir və ölkə vətəndaş müharibəsi astanasındadır.

Böyük Britaniyadan olan politoloq Lourens Brurs BBC-yə açıqlamasında Azərbaycanın məqsədinə çatdığını, müharibənin bitdiğini qeyd edib: "İndi rus sülhməramlıları daha çox qan axıdılmasının qarşısını alacaq. Rəsmi Bakı üçtərəfli bəyanat imzaladı”.

OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...