Ermənistanda koronavirusa yoluxanların sayı 114 mini ötdü

Dünya
11:20 / 13.11.2020
2876
Ermənistanda daha 1 703 nəfərdə koronavirus aşkarlanıb, 29 nəfər ölüb.
Sfera.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 114 383-ə, pandemiyadan ölənlərin sayı isə 1 697-yə çatıb.
Hazırda Ermənistanda 40 130 aktiv koronavirus xəstəsi var.