Monteneqroda Qarabağ yürüşü - FOTO

Monteneqroda Qarabağ yürüşü - FOTO
Monteneqronun paytaxtı Podqoritsada və Herseq Novi şəhərində Azərbaycanın Qarabağda qazandığı böyük Qələbə münasibətilə yürüş və avtoyürüş təşkil olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən Sfera.az-a verilən məlumata görə, yürüşdə Monteneqrodakı Azərbaycan diasporunun üzvləri, o cümlədən Azərbaycan bu ölkədəki diplomatik nümayəndəliyinin əməkdaşları, Azərbaycan–Monteneqro İqtisadi və Mədəni Əlaqələr Mərkəzinin üzvləri iştirak ediblər.

Yürüş iştirakçıları bu tarixi gün münasibətilə Azərbaycanın görkəmli ədibi Hüseyn Cavidin Podqoritsa şəhərindəki büstünü də ziyarət ediblər. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan-Monteneqro İqtisadi və Mədəni Əlaqələr Mərkəzinin direktoru Seyran Mirzəzadə yürüş iştirakçılarını tarixi Qələbə münasibətilə təbrik edib, bunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin iradəsi, diplomatik məharəti və müdrikliyi, rəşadətli Azərbaycan Ordusunun cəsarəti və igidliyi nəticəsində əldə olunduğunu bildirib.

Yürüş iştirakçıları bu xoşbəxt günləri xalqımıza yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə və şanlı Ordumuza təşəkkürlərini ifadə ediblər.

OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...