Qəbul qaydaları dəyişdirildi

Qəbul qaydaları dəyişdirildi

2016/2017-ci tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul zamanı əvvəlki illərdən fərqli olaraq seçmə turlar keçirilməyəcək.

Sfera.az bildirir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, bunun əvəzində xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə abituriyentlərin elektron qeydiyyatı aparılacaq. Abituriyentlər öz ixtisas qruplarına uyğun olaraq ümumi qaydada elektron ərizə doldurub onun təsdiqini təmin etdikdən sonra TQDK-nın saytında xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat üçün yerləşdirilmiş link vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Elektron qeydiyyatın tarixləri ali təhsil müəssisələrinin I qrup "Memarlıq" ixtisası üzrə aprelin 15-dən 30-dək, ali təhsil müəssisələrinin V qrup ixtisasları üzrə mayın 6-dan 19-dək, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə mayın 4-dən 18-dək, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə mayın 20-dən iyunun 2-dəkdir.

Qeydiyyatdan keçmiş abituriyentlər qəbul (cari ilin məzunları buraxılış) imtahanında iştirak etməlidirlər. İmtahanda topladığı balları TQDK tərəfindən müəyyən edilmiş müsabiqə şərtlərinə uyğun gələn abituriyentlər qabiliyyət imtahanlarına buraxılırlar. Ali təhsil və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə müsabiqə şərtləri və digər məlumatlar "Abituriyent" jurnalının 2016-cı il tarixli 2-ci sayında verilmişdir. Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərtləri "Abituriyent" jurnalının 3-cü sayında nəşr ediləcək.


OXŞAR XƏBƏRLƏR

Dollar bu gün neçəyədir? - RƏSMİ

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.   Sfera.az-ın məlumatına görə, 2025-ci il iyulun 21-də ABŞ dollarının məzənnəsi də...

Sumqayıtdakı yanğında 17 nəfər tüstüdən zəhərlənib - SİYAHI

Sumqayıtda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı tüstüdən zəhərlənən şəxslərin adları məlum olub.   Sfera.az məlumat verir ki, Sumqa...

Leyla Əliyeva muzeydə - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Milli Azərbaycan Tarixi Muzeyində olub.   Sfera.a...

Türkiyədə avtobus qəzası: Ölən yaralananlar var

Sivasın (Türkiyə) İmranlı rayonunun Kızıldağ aşırımında sərnişin avtobusu aşıb.   Sfera.az İHA-ya istinadən xəbər verir ki, qəza nəticəsində 3 nəfər ...

Bu gün hava neçə dərəcə isti olacaq? - PROQNOZ

İyulun 21-də gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən Bakıda və Abşeron yarımadas...

Xırdalanda yayılan görüntülərlə bağlı - DİN-dən açıqlama

Sosial şəbəkələrdə Abşeron rayonu, Xırdalan şəhərində çoxmənzilli yaşayış binasında sakinlərdən birinin guya zorakılığa məruz qalması ilə bağlı görüntülər yayıl...