Zelenski xəstəxanaya yerləşdirildi

Dünya
11:44 / 12.11.2020
2749
Ukrayna Prezidenti Vladimir Zelenski xəstəxanaya yerləşdirilib.
Sfera.az xəbər verir ki, 9 noyabrda koronavirusa yoluxan Zelenskinin bu gün Dövlət İşlər İdarəsinin "Feofaniya” klinik xəstəxanasına yerləşdirildiyi açıqlanıb.
Bildirilib ki, Ukrayna dövlət başçısı işlərini oradan idarə edəcək.
16 iyunda Zelenskinin xanımı Yuliya Zelenskayanın, daha sonra da oğlunun koronavirusa yoluxduğu açıqlanmışdı.