Ermənistanda daha 32 nəfər koronavirusdan öldü

Dünya
11:20 / 12.11.2020
2265
Ermənistanda daha 2 132 nəfərdə koronavirus aşkarlanıb, 32 nəfər isə ölüb.
Sfera.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 112 680-ə, pandemiyadan ölənlərin sayı isə 1 668-ə çatıb.
Hazırda Ermənistanda 40 452 aktiv koronavirus xəstəsi var.