Yaşayış yerini tərk edən koronavirus xəstələrinə cinayət işi açıldı

Yaşayış yerini tərk edən koronavirus xəstələrinə cinayət işi açıldı
Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə COVID-19 virusuna yoluxmuş 2 nəfər rayon sakininin yaşayış yerlərini tərk etdiyi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, rayonun Çartəpə kənd sakini Ü.Rüstəmov və Alekseyevka kənd sakini T.Əmirov koronavirus testinin nəticəsi pozitiv çıxdığına görə, onlara ev şəraitində müalicə təyin olunub. Həmin şəxslərə yaşayış yerlərini tərk etməmələri, qaydalara riayət etmələri tapşırılıb. Polis əməkdaşları tərəfindən ev şəraitində müalicə alan COVID-19 infeksiyasına yoluxmuş şəxslər yoxlanılan zaman onların qaydaları pozaraq, yaşadıqları ünvanları tərk etdikləri aşkar olunub.

Dərhal keçirilən tədbirlərlə həmin şəxslərin rayon ərazisində olduqları yer müəyyən olunub. Onların olduqları əraziyə həkim briqadası dəvət edilib və təcili tibbi yardım avtomobilinə mindirilərək koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdiriliblər.

Hər iki şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə cinayət işi açılıb. İstintaq tədbirləri davam etdirilir.

Həmin şəxslər polisin nəzarətinə götürülüb.

OXŞAR XƏBƏRLƏR

İranda DƏHŞƏTLİ QƏZA - 22 nəfər öldü, 36 nəfər yaralandı

İranın Fars əyalətində sərnişin avtobusunun aşması nəticəsində 22 nəfər həlak olub.   Sfera az xəbər verir ki, bu barədə əyalətin təcili yardım xidmə...

Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşüb.   Sfera.az-ın məlumatına görə, tədbirlə bağl...

Obameyanqın yeni klubu açıqlandı

Səudiyyə Ərəbistanının “Əl-Kadsiya” klubundan ayrılan Pyerr-Emerik Obameyanq Fransaya qayıdacaq.   Sfera.az xəbər verir ki, bu barədə ins...

Prezident öz siyasətinin təməl prinsiplərini açıqladı

Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunda çıxışı zamanı öz siyasətinin təməl prinsiplərini sadalayıb - xalqına həmişə həqiqəti söyləmək, obye...

“Bulvarda kino axşamı" adlı yeni layihə başladı

Mədəniyyət Nazirliyinin dəstəyi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə iyulun 19...

Kruiz gəmisində qalmaqal: 140 sərnişin müəmmalı xəstəlitə yoluxdu

ABŞ-ın Los-Anceles şəhərindən Meksikanın Puerto Vallarta şəhərinə bir həftəlik səyahət zamanı 3914 sərnişindən 134-ü, eləcə də yeddi ekipaj üzvü qəfildən xəstəl...