Azərbaycanda da izlənmə rekordları qıran türk filmi “Oscar”a namizəd oldu

Maqazin
11:25 / 11.11.2020
3465
Türkiyənin Azərbaycanda da izlənmə rekordları qıran "Yeddinci kameradakı möcüzə” (Yedinci koğuştaki mucize) filmi "Oscar” mükafatına
namizəd olub.
Sfera.az xəbər verir ki, 23 film arasından seçilən ekran işi "Ən Yaxşı Beynəlxalq Film" nominasiyası üzrə "Oscar”a namizəd olaraq təyin olunub.
Filmin baş rollarını məşhur aktyor Aras Bulut Eynəmli və Nisa Sofiya canlandırıb.
Ekran işi Türkiyədə 5 milyon insan tərəfindən izlənilib.
Xatırladaq ki, film Azərbaycanda da maraqla qarşılanmışdı.
Jalə Mehdi
Sfera.az