Ermənistanda mitinq hazırlığı - Paşinyanın istefası tələb edilir

Ermənistanda mitinq hazırlığı - Paşinyanın istefası tələb edilir
Ermənistanın siyasi partiyaları noyabrın 11-də Yerevanın mərkəzində yerləşən Azadlıq Meydanında mitinq keçirəcək.
 
Sfera.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, saat 13:00-da baş tutacaq mitinqdə 17 siyasi partiyanın tərəfdarları iştirak edəcək.

Mitinqdə Nikol Paşinyanın istefası tələb ediləcək və Qarabağda yaranmış durumla bağlı siyasi partiya liderlərinin təklifləri müzakirə olunacaq.


OXŞAR XƏBƏRLƏR