"Onlar bir qardaş kimi İlham Əliyevin yanında dayanıb onu tək buraxmadılar..."

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev aşağıdakı sualıcavablandırıb:

- Qüdrət bəy, Şuşanın işğaldan azad olunmasına beynəlxalq reaksiya barədə nə deyərdəniz?




- İlk öncə xalqımızı bu böyük qələbə münasibətilə təbrik edirəm. Bu Qələbə sevincini xalqımıza yaşatdıqları üçün Ali Baş Komandana, zabit və əsgərlərimizə minnətdarlığımın həddi-hüdudu yoxdur. Bu çətin günlərdə bizimlə birgə olduqlarına görə sərhədsiz təşəkkürlərimi və minnətdarlığımı Erdoğana, Çavuşoğluna və Hulusu Akara çatdırmaq istəyirəm. Qədirbilən xalqımız Nuru Paşanı 100 il keçsə də nəinki unutmadı, əksinə, ona olan sevgi və ehtiram hər keçən gün daha da artdı. Əminliklə deyirəm ki, adlarını qeyd etdiyim bu üç şəxs İlham Əliyevlə birlikdə  Nuru paşa kimi Azərbaycanın şanlı tarixinə adlarını qızıl hərflərlə yazırlar. Onlar bir qardaş kimi İlham Əliyevin yanında dayanıb onu tək  buraxmadılar, Azərbaycana dəstək olub onu beynəlxalq təzyiq və təhdidlərdən bu gün də qorumaqdadırlar.

Şuşanın işğaldan azad olunmasına beynəlxalq reaksiyaya gəldikdə isə onu deyə bilərəm ki, hamı nə baş verdiyini bilir və bizim torpaqlarımızı işğaldan azad etdiyimizi görür. Təəssüf ki, bir çoxları buna sevinmək əvəzinə üzülür. Hələlik qardaş Türkiyədən başqa heç bir ölkə bizi bu qələbə münasibətlə təbrik etməmişdir. Ümid edək ki, bu təbriklər sonda, Qarabağ tam işğaldan azad olunandan sonra, olacaqdır. Amma bizim qələbəmizə üzülənlər açıq formada Ermənistana kömək üçün ordu göndərə bilmirlər, çünki biz haqlıyıq, beynəlxalq hüquq bizim tərəfdədir. Xarici mətbuatı izləsəniz görərsiniz ki, kiçik istisnalarla heç kim Şuşanın vaxtilə ermənilər tərəfindən işğal olunmasından, oranın azərbaycanlıların yaşadığı bir şəhər olmasından, azərbaycanlıların etnik təmizləmə siyasəti nəticəsində 30 ilə yaxın əzab və iztirablarla dolu qaçqın həyatı yaşamasından, Azərbaycan türkü üçün Şuşanın keçilmız bir mədəniyyət beşiyi olmasından  və bu gün azad edilməsindən yazmır. Sadəcə qeyd edirlər ki, Azərbaycan Ordusu strateji əhəmiyyətli bu şəhəri tutub, yaxud ələ keçirib. Bu cür ikiüzlü siyasətin nəticəsində işğalçıya heç kim güldən ağır söz demədi və  bizim ev-eşiyindən didərgin salınmış bir milyona yaxın insanımız 30 il qaçqın həyatı yaşadı, torpaqlarımız işğal altında qaldı. Bizim qürurumuza toxundular, bizi alçaltdılar. Ona görə də Prezidentin dediyi kimi, daha  heç kim bizi dayandıra bilməz. Şanlı Ordumuz  Qarabağı tam olaraq işğaldan azad edəcəkdir.Beynəlxalq birliyin ikili standartlar siyasəti və riyakarlığı nəticəsində Ermənistana təzyiq edimədiyi üçün torpaqlarımızı şəhidlərimizin qanı hesabına  azad etmək məcburiyyətində qalmışıq. Allah şəhidlərimizin ruhun şad etsin.

OXŞAR XƏBƏRLƏR

Elçin Şıxlı Rusiyada həbs edilən qohumundan danışdı: Nüfuzlu şəxslərdən biridir

"Şahin Şıxlınski bizim qohumdur. Ümumiyyətlə, bütün Şıxlinskilərin hamısı bir-birinə qohumdur. Təbii ki, Şahini yaxşı tanıyıram. O, keçmiş sovet dövründə h...

Qaxda traktor gölə düşdü, sürücüsü boğularaq öldü

Axşam saatlarında Qaxın Qıpçaq kəndinin inzibati ərazisində traktor gölə düşüb.   Sfera.az xəbər verir ki, kənd sakini 48 yaşlı Adil Bayramov sa...

Vəkillər Kollegiyası azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət edəcək

Vəkillər Kollegiyası Rusiyada azərbaycanlılara qarşı zorakılıq faktları ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət edəcək.   Sfera.az...

Rusiyada saxlanılan Şıxlinskinin oğlu mediaya danışdı

Bu gün Yekaterinburqda həbs olunmuş Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski atasının saxlanılması ilə bağlı yerli saytlara açıq...

İllər öncə qətlə yetirilən şəxs Şahin Şıxlinskinin müavini olub

Xəbər verdiyimiz kimi, Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinski saxlanılıb.   Sfera.az-ın məlumatına görə, Ş.Şıxlin...

Yekaterinburqda 50 azərbaycanlı saxlanıldı

Bu gün Yekaterinburqda 50 azərbaycanlı saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Kütləvi İnformasiya Vasitələrinin (KİV) yaydığı məluma...