Bu gözəl gecənin şanı əbədi olsun! - Şəntop

Siyasət
06:52 / 10.11.2020
1857
Azərbaycanın qanuni haqqı və qalibiyyəti nəhayət düşməni tərəfindən də qəbul edildi. Bu gözəl gecənin şanı əbədi olsun!
Sfera.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop Tvitter hesabında bildirib.
"Tarixin tragik bir səhifəsi Azərbaycan üçün zəfərlə başa çatdı. Bayraq və azan Qarabağda yenidən yüksəldi. Qardaş Azərbaycanın qəhrəman ordularının zəfərini ürəkdən təbrik edir, şəhidlərimizi bir daha rəhmətlə anıram", - Şəntop qeyd edib.