Şuşada olduğunu iddia edən erməni güləşçinin növbəti yalanı - VİDEO

Şuşada olduğunu iddia edən erməni güləşçinin növbəti yalanı - VİDEO
Qarabağda separatçıların cərgəsində Azərbaycan ordusuna qarşı döyüşlərdə iştirak edən erməni güləşçi Miqran Arutyunyan növbəti dəfə həmvətənlərini Şuşada olduğuna inandırmağa çalışıb.

Güləşçi müraciətində Şuşada olduğunu təkidlə vurğulasa da, görüntülərdə onun tarixi Azərbaycan şəhərində olmasını sübuta yetirə biləcək heç nə yoxdur. Görünür, M.Arutyunyan erməni auditoriyasının onun qaranlıqda hansısa ağacın qarşısında çəkdirdiyi görüntülərin Şuşa olmasına inanacaq intellekt səviyyəsində olduğuna ümid edir.

Üstəlik, güləşçi ilk videodan da dərs çıxarıb. Belə ki, ilk videoda onun qarşısında dayandığı restoranın Xankəndidə olduğunu müəyyən etmək üçün internetdə sadə axtarış etmək kifayət edirdi. İndi isə M.Arutyunyan "ağıl”la hərəkət edib və videonu qaranlıqda çəkib ki, Şuşada olduğu yalanı asanlıqla ifşa edilməsin.

M.Arutyunyan çıxışında eyni zamanda Qarabağdan qaçan erməniləri vuruşmaq üçün geri çağırıb.

Güləşçinin yanında dayanan şəxslər isə onun "cəsarətli” çıxışına müdaxilə edir və bəlkə də, özləri də bilmədən erməni cəmiyyətində hökm sürən fərarilik hallarını, Şuşanın itirilməsinin verdiyi psixoloji narahatlığı etiraf edirlər.

Onlar erməni kişilərini "cəsarətli olmağa” çağırır, vuruşmağa hünəri olmayanların isə heç olmasa xəstəxanada qadınlara kömək etməsini tələb edirlər.

Qarabağda separatçıların cərgəsində Azərbaycan ordusuna qarşı döyüşlərdə iştirak edən erməni güləşçi Miqran Arutyunyan növbəti dəfə həmvətənlərini Şuşada olduğuna inandırmağa çalışıb.
 
olkə.az

OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...