Ermənilərin ərazilərimizə atdıqları tank əleyhinə minalar, dronlar aşkarlandı

Ermənilərin ərazilərimizə atdıqları  tank əleyhinə minalar, dronlar aşkarlandı
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, İmişli, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 18 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 1 müraciət daxil olub.

ANAMA-dan Sfera.az-a verilən məlumata görə, 19 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Göyük, Hacılar, Yuxarı Qiyaməddinli kəndləri, Ağdam rayonunun Şükürağalı, Xındırıstan, Zəngişalı kəndləri, Beyləqan rayonunun Milabad kəndi, Füzuli rayonunun Alxanlı, Əhmədalılar, Əhmədbəyli kəndləri, İmişli rayonunun Xəlfəli kəndi, Tərtər rayonunun Azad Qaraqoyunlu, Düyərli, Seydimli, Yuxarı Sarıcalı kəndləri, Şıxarx qəsəbəsi, Axundov və Cavanşir küçələri ərazisinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 32 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 131 ədəd partlamamış hərbi sursat (PHS), 65 ədəd bombacıq, 249 ədəd tank əleyhinə mina, 252 ədəd tank əleyhinə minanın partladıcısı, 8 647 ədəd müxtəlif çaplı patronlar, 1 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator, 36 ədəd boş avtomat darağı, 2 ədəd dron və 58 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 130 ədəd partlamamış hərbi sursat (PHS), 65 ədəd bombacıq zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 42 777 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

OXŞAR XƏBƏRLƏR

Rusiyada saxlanılan Şıxlinskinin oğlu mediaya danışdı

Bu gün Yekaterinburqda həbs olunmuş Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski atasının saxlanılması ilə bağlı yerli saytlara açıq...

İllər öncə qətlə yetirilən şəxs Şahin Şıxlinskinin müavini olub

Xəbər verdiyimiz kimi, Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinski saxlanılıb.   Sfera.az-ın məlumatına görə, Ş.Şıxlin...

Yekaterinburqda 50 azərbaycanlı saxlanıldı

Bu gün Yekaterinburqda 50 azərbaycanlı saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Kütləvi İnformasiya Vasitələrinin (KİV) yaydığı məluma...

Rusiya və Azərbaycan arasındakı gərginliklə bağlı BMT-dən reaksiya

BMT Rusiya ilə Azərbaycan arasında münasibətlərdə artan gərginlikdən xəbərdardır və ümid edir ki, ölkələr öz fikir ayrılıqlarını diplomatik yollarla həll edəcək...

Eks-səfir:"Yaranmış vəziyyət bütün region üçün kifayət qədər riskli və həssasdır"

“Rusiya İmperiyası bütün tarixi dönəmlərində ərazisində yaşayan digər xalqları hər zaman əzərək milli qürurunu və xasiyyətini sındırıb özünə tabe etmə siy...

Putin Makronla telefonda danışdı

Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu barədə Yelis...