Azərbaycanın Müdafiə naziri Rusiyaya başsağlığı verib

Azərbaycanın Müdafiə naziri Rusiyaya başsağlığı verib
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyquya başsağlığı ünvanlayıb.
Bu barədə Sfera.az-a Azərbaycanın Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Başsağlığında deyilir: "Rusiya Federasiyası Hərbi Hava Qüvvələrinə məxsus helikopterlərin əvvəllər müşahidə olunmadığı Ermənistan-Azərbaycan dövlət sərhədinin bilavasitə yaxınlığında, sutkanın qaranlıq vaxtı, aşağı hündürlükdə, hava hücumundan müdafiə radarlarının müşahidə zonasından kənar, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zonasında aktiv döyüş toqquşmasının davam etdiyi bir vaxtda uçuş həyata keçirən Mi-24 helikopteri ilə baş vermiş faciəvi hadisə məni dərindən kədərləndirdi.
Təsadüfi xarakter daşıyan və Rusiya tərəfinə qarşı yönəlməyən bu faciəvi hadisə ilə bağlı Rusiya tərəfinə üzrxahlıq bildiririk.
Azərbaycan Ordusunun şəxsi heyəti və şəxsən öz adımdan həlak olan ekipaj üzvlərinin ailələrinə, əzizlərinə və yaxınlarına başsağlığı bildirir və xəsarət alanların tezliklə sağalmalarını diləyirəm.

Baş vermiş faciədən Sizinlə birlikdə kədərlənirik”.

OXŞAR XƏBƏRLƏR

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...