İordaniyadan Azərbaycana dəstək - FOTO

Dünya
21:46 / 09.11.2020
3535
İordaniya Haşimilər Krallığının Əmman şəhərində Azərbaycan Respublikasının bayrağı göz oxşayıb.
Sfera.az xəbər verir ki, bununla bağlı Diasporla İş Üzrə Dövlət Komitəsi məlumat yayıb.
Belə ki, İordaniyadakı Azərbaycan diasporunun təşəbbüsü ilə 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə Əmman şəhərindəki "Le Royal” hoteli Azərbaycan bayrağının rəngləri olan göy, qırmızı və yaşıl rəngdə işıqlandırılıb.