"Paşinyan hərbi texnikanı, təyyarələri satıb?" - Rus politoloq

"Şuşa öz-özlüyündə qeyd-şərtsiz simvoldur, elə bu qalanın Azərbaycanın əlinə keçməsi faktı kimi. Məsələnin düşmən üçün pisə doğru dəyişən sırf hərbi, strateji tərəfindən heç danışmıram da. Bu səbəbdən də onlar bu mövzuda bu qədər informasiya səyləri göstərir”.

Sfera.az bildirir ki, bunu "Report”un Rusiya bürosuna müsahibəsində rusiyalı politoloq Qriqori Trofimçuk deyib.

"Ümumiyyətlə, erməni birləşmələri Azərbaycan əsgərlərinin alınmaz qayaya çıxmasına necə icazə veriblər? Qarşı tərəfdə əvvəllər haqqında bəh-bəhlə danışılan ordu varmı? Bir də Ermənistanın baş naziri, bir vaxtlar Sarqsyanın dostlarının konservləri satdığı kimi, hərbi texnikanı, o cümlədən təyyarələri satıbmı? Axı onun səpələnmiş dəstələri praktiki olaraq "əli yalın” vuruşmaq məcburiyyətində qalır”, - politoloq ritorik sullara müraciət edib.

Onun sözlərinə görə, münaqişə tərəflərinin döyüş ruhu kimi vacib parametri, daha doğrusu, bütün Azərbaycan cəmiyyətinin ən yüksək səviyyədə olan motivasiyasını da qeyd etmək lazımdır: 

"Əslində Azərbaycan tərəfdən ruh yüksəkliyi həmişə ən üst, qarşı tərəfin mənəvi-psixoloji vəziyyəti ilə müqayisəolunmaz səviyyədə olub. Çünki qarşı tərəfin uğrunda mübarizə aparacağı heç bir şey yoxdur. Hamı azərbaycanlıların hətta ən kiçik, otuz ilə yaxındır görmədikləri, adını dilə gətirmədikləri kəndin işğaldan azad olunmasına necə sevindiyini görür. Mən hələ "Şuşa” adından danışmıram”.

Q.Trofimçuk həmçinin Azərbaycan haqqında 2006-cı ildə nəşr olunan kitabında yalnız Qarabağa deyil, həm də konkret olaraq Şuşaya xüsusi diqqət yetirdiyini, azərbaycanlıların bu "fayl”ı heç vaxt unutmayacaqlarını və bu məsələnin gec-tez həllini tapacağını dediyini xatırladıb.

"Digər tərəfdən Ermənistan təslim olmaq fikrində deyil, əksinə, münaqişəni daha da alovlandırır. Ancaq eyni zamanda konkret olaraq nə etməli olduğunu bilmir. Qarabağ münaqişəsinin yeni inkişafının başlanğıcında demişdim və bir daha təsdiqləməyə hazıram: müharibə zamanı Ermənistan nə qədər çox itki verərsə, dünyadakı erməni diasporunun Azərbaycana qarşı informasiya-siyasi kampaniyası bir o qədər çox səs-küylü olacaq. Xüsusən də ABŞ-dakı əsas seçkidən sonra. Ermənistanın baş naziri Paşinyan artıq ora təcili "teleqramlar” göndərməyə başlayıb”, - deyə ekspert fikrini tamamlayıb.

OXŞAR XƏBƏRLƏR

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...