"Qısa vaxtda işğal altındakı Kəlbəcər və Laçın başda olmaqla..." - Ərdoğan

"Bir millət – iki dövlət” şüarını paylaşdığımız Azərbaycan torpaqlarının işğal edilməsinə səssiz qala bilməzdik və səssiz qalmadıq”.

Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

"Biz indi Azərbaycandayıq. Niyə? Çünki onlar bizim qardaşlarımız, soydaşlarımızdır. Ermənistanın 28 illik zülmü qarşısında Minsk qrupu, təəssüf ki, bizim azərbaycanlı qardaşlarımızı orada, Azərbaycan türklərinin təbirincə, qaçqın yaşadıb. 28 il davam edən bu acımasız işğala Minsk qrupu həll tapa bilmədi. Həmişə baş qatırdılar. Çünki həll yolu tapmaq kimi dərdləri də yox idi. İndi azərbaycanlı qardaşlarımız öz problemlərini özləri həll ediblər. Dünən İlham Əliyev qardaşımızın açıqlamalarını izlədik. Niyə? "İki dövlət – bir millət” olmanın eşqi budur, ona görə. Dünən Şuşanın işğaldan azad olunması ilə birgə sevincimiz və ümidlərimiz artıb. Mərhum Məhəmməd Əmin Rəsulzadənin dediyi kimi, bir kərə yüksələn bayraq bir daha enməz, enməyəcəkdir! Bu münasibətlə İlham Əliyev başda olmaqla bütün azərbaycanlı qardaşlarımızı təbrik edir, şəhidlərimizi rəhmətlə anıram. İnşallah, qısa vaxtda işğal altındakı başda Kəlbəcər və Laçın olmaqla buralar da sahiblərinə təhvil veriləcək”, - o qeyd edib.


OXŞAR XƏBƏRLƏR

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...

Elçin Şıxlı Rusiyada həbs edilən qohumundan danışdı: Nüfuzlu şəxslərdən biridir

"Şahin Şıxlınski bizim qohumdur. Ümumiyyətlə, bütün Şıxlinskilərin hamısı bir-birinə qohumdur. Təbii ki, Şahini yaxşı tanıyıram. O, keçmiş sovet dövründə h...

Qaxda traktor gölə düşdü, sürücüsü boğularaq öldü

Axşam saatlarında Qaxın Qıpçaq kəndinin inzibati ərazisində traktor gölə düşüb.   Sfera.az xəbər verir ki, kənd sakini 48 yaşlı Adil Bayramov sa...

Vəkillər Kollegiyası azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət edəcək

Vəkillər Kollegiyası Rusiyada azərbaycanlılara qarşı zorakılıq faktları ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət edəcək.   Sfera.az...