Türkiyədən Azərbaycana Naxçıvandan yolun açılması realdırmı?

Türkiyədən Azərbaycana Naxçıvandan yolun açılması realdırmı?
Eks deputat Ceyhun Osmanlı Prezident İlham Əliyevin ermənilərin müharibədə Azərbaycana vurduğu zərəri hesablamaq üçün yaratdığı Komissiya barədə fikrilərini sosial şəbəkədə bölüşüb. 
 
Sfera.az xəbər verir ki, o, bunun çox mühüm qərar olduğunu vurğulayıb:
 
"Komissiyanın rəhbəri də Baş Nazir Əli Əsədov təyin olunub. Olduqca mühüm qərardır. Çünki gec-tez müharibə başa çatacaq və Ermənistan-Azərbaycan arasında münasibətləri tənzimləmək üçün sənədlər imzalanacaq. 
 
Bu sənədlərin imzalanacağı masada Azərbaycan qalib, Ermənistan isə məğlub tərəf olacaq. Bax məhz onda Azərbaycan rəsmi şəkildə Ermənistandan maddi təzminat  tələb edə biləcək. Belə bir kompensasiya tələbi milyardlarla ölçüləcəyi üçün Ermənistan bunu ödəyə bilməyəcək. Bax elə o zaman da Azərbaycan Ermənistana o pulu qazanmağa şərait yarada bilər.  Necə? Çox sadə.

Ermənistan öz ərazisindən Azərbaycanla Türkiyəni Naxçıvan üzərindən müddətsiz birləşdirən korridor verir və tranzitdən qazandığı gəlirləri də öz borcunu ödəməyə yönəldir. Zəngilan ərazisindən Naxçıvana çatmaq üçün təxminən cəmi 40-50 km bir yoldan söhbət gedir.  Beləliklə Ermənistan da bu yolla Avropa-Asiya nəqliyyat marşrutunun bir hissəsinə çevrilmiş olur. Əslində ermənilərdə məntiqli düşünən bir hökümət qurulsa onlar özləri belə bir layihə üçün Azərbaycana minnətçi düşməlidir. Bu yolla Naxçıvan da quru yolu ilə mövcud blokadadan çıxmış olar və biz rahatlıqla avtomobillə bir neçə saata Naxçıvana çata bilərik, eyni zamanda Naxçıvandakı qardaş-bacılarımız rahatlıqla öz avtomobillərində həm Qarabağa, həm də Bakıya bir neçə saata səfər edə bilər. 
 
Dünən Naxçıvanda yaşayan dostumla telefonla danışırdım, O dedi ki, biz artıq Qarabağa yatırımlara və iş yerləri yaratmağa hazırlaşırıq.
Təbii ki, bütün bu uğurlar şəhidlərimizin qanı bahasına başa gəlir. Allah şəhidlərimizə rəhmət eləsin. Şanlı ordumuza və Ali Baş Komandanımıza isə güc-qüvvət və bol şans arzu edirik".
 
Aysel
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...