Ermənistan MTX-yə yeni direktor təyin edildi

Ermənistan MTX-yə yeni direktor təyin edildi
Ermənistan milli təhlükəsizlik xidmətinə Armen Abazyan yeni direktor təyin edilib.

Sfera.az xəbər verir ki, bu barədə Ermənistan prezidenti Armen Sarkisyan uyğun sərəncam imzalayıb.

Bildirilib ki, Armen Sarkisyanın başqa bir sərəncamı ilə milli təhlükəsizlik xidmətinin direktor müavini, direktor vəzifəsini icra edən Mikael Ambarsumyan tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, oktyabrın 8-də Armen Sarkisyanın sərəncamı əsasında Arqişti Kərəmyan milli təhlükəsizlik xidmətinin direktoru vəzifəsindən azad olunub. Onun səlahiyyətlərini Mikael Ambarsumyan icra edib.

Yeri gəlmişkən, 2018-ci ildəki hakimiyyət dəyişikliyindən sonra Milli Təhlükəsizlik Xidmətinin rəhbərliyində tez-tez kadr dəyişikliyi olur. Artur Vanesyan 2018-ci il mayın 10-dan 2019-cu il sentyabrın 16-dək xidmətin direktoru işləyib. Keçmiş müavini Eduard Martirosyan ötən il sentyabrın 19-da Artur Vanesyanın istefasından sonra Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsini icra etməyə başlayıb. O, bu il martın 19-da bu vəzifəyə təyin olunmuşdu. İyunun əvvəlində E.Martirosyan tutduğu vəzifədən azad edilib. Onun yerinə 29 yaşlı Arqişti Kərəmyan gətirilmişdi.

Bu baxımdan son bir ayda Ermənistanın Milli Təhlükəsizlik Xidmətində baş verən ikinci dəyişiklikdir.

Xatırladaq ki, hazırda müxalifətdə olan Vətən Partiyasının sədri A.Vanesyan xarici dövlətlərdən birinin casusu olmaqda da şübhəli bilinir. Bir müddət əvvəl onun başçılıq etdiyi "Vətən” silahlı dəstəsi Qarabağda darmadağın edilib.


OXŞAR XƏBƏRLƏR

Dövlətə xəyanət ittihamı ilə həbs olundu

Azərbaycan vətəndaşı İsmiyev Elnur Tahir oğlu dövlətə xəyanət ittihamı ilə həbs olunub.   Sfera.az-ın məlumatına görə, E.İsmiyev Dövlət Təhlükəsizliy...

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...