Bu üç şəxs Azərbaycan tarixinə adlarını yazdı

Bu üç şəxs Azərbaycan tarixinə adlarını yazdı
Sfera.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edir:

- Qüdrət bəy, Şuşanın işğaldan azad olunmasına beynəlxalq reaksiya barədə nə deyərdəniz?

- Öncə xalqımızı bu böyük qələbə münasibətilə təbrik edirəm. Bu Qələbə sevincini xalqımıza yaşatdıqları üçün Ali Baş Komandana, zabit və əsgərlərimizə minnətdarlığımın həddi-hüdudu yoxdur. Bu çətin günlərdə bizimlə birgə olduqlarına görə sərhədsiz təşəkkürlərimi və minnətdarlığımı Ərdoğana, Çavuşoğluna və Hulusu Akara çatdırmaq istəyirəm. Qədirbilən xalqımız Nuru Paşanı 100 il keçsə də nəinki unutmadı, əksinə, ona olan sevgi və ehtiram hər keçən gün daha da artdı. Əminliklə deyirəm ki, adlarını qeyd etdiyim bu üç şəxs İlham Əliyevlə birlikdə Nuru Paşa kimi Azərbaycanın şanlı tarixinə adlarını qızıl hərflərlə yazırlar. Onlar bir qardaş kimi İlham Əliyevin yanında dayanıb onu tək buraxmadılar, Azərbaycana dəstək olub onu beynəlxalq təzyiq və təhdidlərdən bu gün də qorumaqdadırlar.

Şuşanın işğaldan azad olunmasına beynəlxalq reaksiyaya gəldikdə isə onu deyə bilərəm ki, hamı nə baş verdiyini bilir və bizim torpaqlarımızı işğaldan azad etdiyimizi görür. Təəssüf ki, bir çoxları buna sevinmək əvəzinə üzülür. Hələlik qardaş Türkiyədən başqa heç bir ölkə bizi bu qələbə münasibətlə təbrik etməmişdir. Ümid edək ki, bu təbriklər sonda, Qarabağ tam işğaldan azad olunandan sonra olacaqdır. Amma bizim qələbəmizə üzülənlər açıq formada Ermənistana kömək üçün ordu göndərə bilmirlər, çünki biz haqlıyıq, beynəlxalq hüquq bizim tərəfdədir. Xarici mətbuatı izləsəniz görərsiniz ki, kiçik istisnalarla heç kim Şuşanın vaxtilə ermənilər tərəfindən işğal olunmasından, oranın azərbaycanlıların yaşadığı bir şəhər olmasından, azərbaycanlıların etnik təmizləmə siyasəti nəticəsində 30 ilə yaxın əzab və iztirablarla dolu qaçqın həyatı yaşamasından, Azərbaycan türkü üçün Şuşanın keçilməz bir mədəniyyət beşiyi olmasından və bu gün azad edilməsindən yazmır. Sadəcə qeyd edirlər ki, Azərbaycan Ordusu strateji əhəmiyyətli bu şəhəri tutub, yaxud ələ keçirib.

Bu cür ikiüzlü siyasətin nəticəsində işğalçıya heç kim güldən ağır söz demədi və bizim ev-eşiyindən didərgin salınmış bir milyona yaxın insanımız 30 il qaçqın həyatı yaşadı, torpaqlarımız işğal altında qaldı. Bizim qürurumuza toxundular, bizi alçaltdılar. Ona görə də Prezidentin dediyi kimi, daha heç kim bizi dayandıra bilməz. Şanlı Ordumuz Qarabağı tam olaraq işğaldan azad edəcəkdir.Beynəlxalq birliyin ikili standartlar siyasəti və riyakarlığı nəticəsində Ermənistana təzyiq edimədiyi üçün torpaqlarımızı şəhidlərimizin qanı hesabına azad etmək məcburiyyətində qalmışıq. Allah şəhidlərimizin ruhun şad etsin.///Moderator.az

OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...