Ukrayna XİN Azərbaycanın konsulluğuna hücumu qınadı

Siyasət
10:57 / 08.11.2020
1436
Ukrayna Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Xarkov şəhərindəki Fəxri konsuluğunun binasının naməlum şəxslər tərəfindən atəşə tutulmasını qəti şəkildə qınayır.
Bu barədə Sfera.az Ukrayna XİN-nin bəyanatına istinadən xəbər verir.
Qeyd olunub ki, hüquq-mühafizə orqanları tərəfindən lazımi təhqiqat tədbirləri başladılıb: "Bunu törədənlər cinayət məsuliyyətinə cəlb olunmalıdır”.
Qeyd edək ki, Noyabrın 7-si gecə saatlarında Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki Fəxri Konsulluğu silahlı hücuma məruz qalıb.