AB Lukaşenkonu qara siyahıya saldı

Dünya
21:03 / 06.11.2020
4926
Avropa Birliyi Belarus Prezidenti Aleksandr Lukaşenkoya qarşı sanksiya tətbiq edib.
Sfera.az xəbər verir ki, bu barədə "Blumberq” agentliyi məlumat yayıb.
Bundan başqa ölkədəki prezident seçkiləri ilə əlaqədar qara siyahını da genişləndirib.
Agentliyin məlumatına görə, siyahıya Lukaşenko və 14 məmur daxil edilib. Sanksiyalarda hesabların dondurulması və gediş-gəlişə qadağa öz əksini tapıb.