ABŞ-da ermənilərə göz dağı: mərkəzi yerləri “Qarabağ Azərbaycandır” sözləri bəzəyir - FOTOLAR

ABŞ-da ermənilərə göz dağı: mərkəzi yerləri “Qarabağ Azərbaycandır” sözləri bəzəyir - FOTOLAR
Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ABŞ-ın Florida ştatının Mayami şəhərinin mərkəzi yollarında Azərbaycan bayrağının və Qarabağ atlarının təsvir olunduğu, "Karabakh is Azerbaijan” (Qarabağ Azərbaycandır) şüarının yazıldığı lövhələr quraşdırılıb.

Sfera.az-ın məlumatına görə, bu barədə məlumatı Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının sədri Töhfə Eminova verib.

O bildirib ki, iki nəhəng lövhənin dizaynı ABŞ-da yaşayan həmyerlilərimiz Cəmilə Cavadova və Bakıda yaşayan dizayner Emin Rzayevə məxsusdur. T.Eminova lövhələrin quraşdırıldığı yollarının ermənilərin sıx yaşadığı ərazilər olduğunu deyib: "Lövlələrdən biri gediş-gəliş yolu olmaqla "Fort Lauderdale” beynəlxalq hava limanının önündə, digər iki lövhə isə ABŞ-n bütün şəhər və ştatlarına gedən yolları birləşdirən mərkəzi yola qoyulub. Biz bu məkanları əbəs yerə seçməmişik. Çünki həmin yollar ermənilərin Floridada daha çox məskunlaşdığı ərazilərə - "Boco Raton” və "Palm Beach”ə çıxır”.

T. Eminova ABŞ-da yaşayan Azərbaycan icmasının ermənilərin ədalətsiz işğalçılıq siyasətinə qarşı birləşdiyini deyib: 

"Bu ənənəni davam etdirəcəyik. Hələ ABŞ-ın bir çox ştatlarında, böyük şəhərlərində mərkəzi yolların və körpülərin üzərində "Qarabağ Azərbaycandır!" bannerləri nümayiş etdiriləcək”.

OXŞAR XƏBƏRLƏR

Rusiya Azərbaycandan nəyin heyfini çıxmağa çalışır?

Rusiyanın Azərbaycan xalqına qarşı şovinist və irqçi siyasəti artıq gizli deyil – açıq düşmənçilik səviyyəsindədir!   Son günlər Rusiyada baş v...

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. ...

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...