Putin Qarabağda nə etmək istəyir? – Rusiyanın reallaşdırmaq istədiyi Qafqaz planı

Putin Qarabağda nə etmək istəyir? – Rusiyanın reallaşdırmaq istədiyi Qafqaz planı

Məlum olduğu kimi Rusiya prezidenti Vladimir Putin dindarlarla baş tutan görüşündə Qarabağ konfliktində nəticə əldə ediləcəyinə ümid etdiyini bildirib. Maraqlıdır, Moskvanın Qarabağ konflikti ilə bağlı nail olmaq istədiyi yekun nəticə nə ola bilər?


Sfera.az mövzu ilə bağlı politoloq İlqar Vəlizadənin fikirlərini öyrənib.


Politoloq hesab edir ki, Moskvanın münaqişədə əldə etmək istədiyi nəticə ilk növbədə öz maraqlarının təmin edilməsinə hesablanıb:


"Rusiya hər bir münaqişə və ya prosesdə öz maraqlarını güdür. İndiki halda Putin prosesdə elə bir nəticəyə nail olmağı düşünür ki, ondan sonra həm Ermənistanı, həm də Azərbaycanı öz nəzarəti altında saxlamaqda davam edə bilsin. Yəni, münaqişə həm Azərbaycanın, həm də Ermənistanın maraqlarına uyğun olaraq öz həllini tapsın, Lakin ilk növbədə məhz Rusiyanın maraqları təmin olunsun”.

 

Bununla belə politoloq bunun indiki halda az qala, mümkünsüz olduğunu düşünür:


"Bu indiki halda əslində müşküldür. Reallıq öz sözünü deyir, reallıq münaqişənin həll istiqamətlərini müəyyənləşdirir. Hazırda Qarabağın müqəddaratı ilk növbədə cəbhədə həll olunur. Rusiya bu müstəvidə ermənilərin maraqlarını ifadə etməklə çalışır ki, erməni icması Dağlıq Qarabağda qalsın və burada onlar üçün müəyyən hüquqlar təmin olunsun”.


Politoloq hesab edir ki, Azərbaycan Ordusunun cəbhədəki qələbələri danışıqlar prosesinə də təsirsiz ötüşməyəcək:


"Status məsələsinə gəldikdə, bu mövzuda fikir ayrılıqları var. Döyüşlər başlayana qədər haqqında söhbət açılan, müzakirə edilən status-kvo artıq yoxdur. Ermənilərin Azərbaycanın Dağlıq Qarabağ torpağında başqa formada yaşamalarını təmin etmək istəyirlərsə, məsələ ətrafında danışmaq olar. Düşmən qoşunları mərhələli şəkildə ərazilərimizdən çıxarılmalıdır. İş ondadır ki, bu ssenariyə erməni tərəfi razı deyil. Ona görə sülh senarisinin reallaşmasında Ermənistanın mövqeyindən də çox şey asılıdır. Onların mövqeyində dəyişiklik olmasa, Rusiyanın vasitəçiliyi də faydalı olmayacaq”.

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...

İzləyicini ekranda saxlamaq üçün...- Ülviradan "Toy olsun"la bağlı ETİRAF

Teleaparıcı Ülvira Qarayeva "Qapqara" verilişinin olub.   Sfera.az xəbər verir ki, verilişdə o, bir zamanlar aparıcısı olduğu "Toy ols...