“Paşinyan psixi xəstədir, gəzən fəlakətdir” - Erməni keşiş

“Paşinyan psixi xəstədir, gəzən fəlakətdir” - Erməni keşiş
"Nikol Paşinyan Ermənistan qanunlarını pozaraq, baş nazir təyin edilib”.

Sfera.az-ın məlumatına görə, bunu erməni din xadimi, Moskvadakı Vysoko-Petrovski monastrının keşişi Ruben Mkrtçyan bildirib.

O deyib ki, Paşinyan psixi qüsurludur və Ermənistan qanunlarını pozaraq hakimiyyətə gəlib. Mkrtçyan baş nazirin tibbi ekspertizadan keçməsini tələb edir.

"Paşinyan xəstədir, müalicə olunmalıdır. Onu hakimiyyətə gətirənlər bunu çox gözəl bilirdilər. İndi bunu biz də bilirik. Və bu, zarafat deyil. Onun ciddi psixi problemləri var. Bu cür çatışmazlıqları olan şəxs heç bir ölkədə məsuliyyətli vəzifə tuta bilməz.

Təəssüf ki, İrəvanda hələ də bəziləri Nikolla nəsə əldə edəcəyimizə inanırlar. Həmin insanların Nikol olmadan daha çox şey əldə edəcəyimizi, eyni zamanda daha az qurban verəcəyimizi başa düşmələri üçün zamana ehtiyacları var. Nikol gəzən fəlakətdir.

Bugünkü dərdlərimizin günahkarı odur. Ancaq insanlar bu həqiqəti anlamaq və həzm etmək üçün zamana ehtiyac duyur. Onların ucbatından əziyyət çəkən insanlara təzyiq göstərmək lazım deyil. Nikola və Annaya sərt şəkildə təzyiq göstərmək lazımdır ki, xalqın onları istəmədiyini başa düşsünlər. Onlar getməlidirlər”, - deyə erməni din xadimi Ermənistan rəhbərliyinə etirazını bildirib.

Qeyd edək ki, Ermənistandan məcburi şəkildə Qarabağa döyüşə göndərilənlər arasında din xadimləri də var.
 
/Azvision.az

OXŞAR XƏBƏRLƏR

17 yaşlı oğlan kanalda batdı

Ağcabədidə 17 yaşlı oğlan kanalda batıb.    Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Qarabağ kanalının rayonun ...

Dövlətə xəyanət ittihamı ilə həbs olundu

Azərbaycan vətəndaşı İsmiyev Elnur Tahir oğlu dövlətə xəyanət ittihamı ilə həbs olunub.   Sfera.az-ın məlumatına görə, E.İsmiyev Dövlət Təhlükəsizliy...

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...