Ərdoğandan Kılıçdaroğluna İzmir zəlzələsinə görə SƏRT TƏNQİD

Ərdoğandan Kılıçdaroğluna İzmir zəlzələsinə görə SƏRT TƏNQİD
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İzmirdən millət vəkili olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun zəlzələdən sonra laqeyd münasibətini tənqid edib.

Sfera.az xəbər verir ki, o, bu barədə AK partiyanın iclasındakı çıxışında danışıb.

"Baş verən hər fəlakət dərsdir. Təəssüf ki, ana müxalifətin başındakı şəxs buraya turistik səfəri zamanı "5 gündür, dağıntılar yığışdırılmayıb” deyir. Bilmədiyin iş barədə niyə danışırsan? Heç olmasa sus ki, adam bilsinlər.

İzmir millət vəkilisən, gəlib baş çəkib gedirsən. Əvvəldən axıra qədər orada qalmalısan. Sən o vilayətin vəkilisən. Bunu belə etməyib ancaq orada həyatı üçün hər şeyi qurban verməyə hazır olan nazirlərimiz və qeyri-hökumət təşkilatları haqqında yerli-yersiz danışırsan”, - deyə Ərdoğan vurğulayıb

30 oktyabrda İzmirdə baş vermiş 6.8 bal gücündə zəlzələ nəticəsində 114 nəfər həlak olub, 1035 nəfər xəsarət alıb.

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...

İzləyicini ekranda saxlamaq üçün...- Ülviradan "Toy olsun"la bağlı ETİRAF

Teleaparıcı Ülvira Qarayeva "Qapqara" verilişinin olub.   Sfera.az xəbər verir ki, verilişdə o, bir zamanlar aparıcısı olduğu "Toy ols...