“Eta” tropik fırtınası azı 5 nəfərin ölümünə səbəb oldu

“Eta” tropik fırtınası azı 5 nəfərin ölümünə səbəb oldu
Çərşənbə günü tropik depressiya səviyyəsinə qədər zəifləyən tropik "Eta” fırtınası səbəbindən Mərkəzi Amerikada azı 5 nəfər ölüb.

Sfera.az  TASS-a istinadən xəbər verir ki, bu barədə "Reuters” məlumat yayıb.

Məlumata görə, təbii fəlakət səbəbindən hazırda Atlantik okeanında olan onlarla dənizçi çətin vəziyyətdə qalıb. Fırtınanın "zərbə vurduğu” Nikaraqua və Hondurasda evlərin, yolların və körpülərin ziyan gördüyü bildirilib.

ABŞ-ın Qasırğaları İzləmə Milli Mərkəzinin məlumatına görə, atmosfer fenomeni daxilində küləyin sürəti 15,2 metr/saniyəyə enib. "Eta”nın episentri Hondurasın La Seyba şəhərindən 185 km cənub-şərqdə yerləşir. Fırtına 11 km/saat sürətlə şimal-qərb istiqamətində irəliləməyə davam edir. Meteoroloqların təxminlərinə görə, o, Mərkəzi Amerikanın müxtəlif yerlərinə güclü yağış və sel gətirəcək.

Noyabrın 4-də Kosta Rikanın Milli Fövqəladə Hallar Komissiyası tropik fırtına səbəbindən ölkədə 773 nəfərin evakuasiya olunduğunu elan edib. Komissiyanın məlumatına görə, "Eta” ölkənin infrastrukturuna ciddi ziyan vuran və müxtəlif yaşayış məntəqələrində yolları zədələyən və ya dağıdan 69 sürüşməyə səbəb olan şiddətli leysan yağışları "gətirib”.


OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...