Tramp bəzi ştatlarda liderliyi itirməsini “çox qəribə” adlandırdı

Tramp bəzi ştatlarda liderliyi itirməsini “çox qəribə” adlandırdı
ABŞ Prezidenti Donald Tramp seçkilərdə son saatlarda bəzi ştatlarda "Demokratlar”ın mövqelərinin qəfil möhkəmlənməsini "qəribə” adlandırıb.

Sfera.az-ın məlumatına görə, bu barədə Donald Tramp tvitter hesabında yazıb.

"Dünən gecə bir çox açar ştatlarda mən liderlik edirdim. Demək olar ki, bütün hallarda bunlar demokratların idarə etdikləri ştatlardır. Sonra hər şey sehirli şəkildə dəyişməyə başladı, gözlənilmədən sayılmamış bülletenlərin yığınları müəyyən edildi”, - deyə D.Tramp bildirib.

ABŞ lideri baş verənləri böyük hərflərlə "çox qəribə” adlandırıb.

Qeyd edək ki, bu saata olan son nəticəyə görə, Demokrat Partiyasının namizədi Co Bayden 70 106 680 seçici səsi, Respublikaçıların namizədi Donald Tramp isə 67 356 298 səs qazanıb.

Beləliklə, Bayden Seçkiçilər Kollegiyasında 248 səsə, Tramp isə 214 səsə malikdir.

Seçkilərdə qələbə üçün hər hansı bir namizəd 270 səs toplamalıdır.

OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...